價格:免費
檔案大小:32.1 MB
版本需求:系統需求:iOS 9.0 或以後版本。相容裝置:iPhone、iPad、iPod touch。
支援語言:英語
Azərbaycanda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması üçün operativ və müasir alətlərdən istifadə edilir. Yeni istifadəyə verilmiş “COVİD izlə” mobil tətbiqinin yaradılması bu işlərin davamıdır. “COVİD izlə” - koronavirusun yayılmasını əhəmiyyətli dərəcədə azaltmağa kömək edən mobil tətbiqdir. Bu tətbiq vasitəsilə vətəndaşlar ictimai yerlərdə olarkən ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ola biləcəklər. Əgər kimsə təsadüfən infeksiyanın daşıyıcısı ilə müxtəlif məkanlarda, məsələn, marketdə, yolda və s. ünsiyyətdə olubsa Səhiyyə Nazirliyi vətəndaşın dərhal testdən keçməsi üçün onunla əlaqə yaradacaq. Bluetooth əsasında işləyən “COVİD izlə” tətbiqi yaxınlıqdakı digər tətbiq istifadəçilərini izləyir. Həmin səbəbdən, bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər. Tətbiqin köməyi ilə bir toxunuşla Koronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür. Tətbiqə qoşulmaq üçün onu əvvəlcə telefona yükləmək lazımdır. Yükləməni “Play Market” və ya “AppStore” vasitəsilə “COVİD İzle” yazaraq smartfonuna endirmək, tətbiqi işə salmaq, daha sonra istifadəçinin cinsi, yaşı barədə məlumatı və mobil telefonunu sistemə daxil etmək lazımdır. Növbəti mərhələdə SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil etmək tələb olunur. Bluetooth qurğusunu işə salmaqla proses yekunlaşır. “Dostlarla bölüş” bölməsi vasitəsi ilə bu tətbiqi telefon kitabçasında adları qeyd olunmuş şəxslərlə bölüşmək mümkündür. Onlara bununla bağlı SMS göndəriləcək.
Qeyd edək ki, “COVİD izlə” tətbiqi istifadəçilərin cinsi, yaşı və mobil telefon nömrəsindən başqa heç bir şəxsi məlumatı toplamır. Hətta iki smartfon arasında mübadilə prosesi şifrələnmiş şəkildə ötürülür. “COVİD izlə” tətbiqini telefonuna quraşdırmış şəxslərin izlənilməməsinə, nömrənin serverdə tam təhlükəsiz saxlanmasına və üçüncü şəxslərə ötürülməməsinə tam zəmanət verir.
… Bu tətbiqi #evdeqal-araq yaradılıb. Vətəndaşlar da “COVİD-19”a qalib gəlmək üçün, #evdeqal-malıdırlar.